İCTİMAİ TELEVİZİYA VƏ RADİO
YAYIMLARI ŞİRKƏTİ
MİLLİ AZLIQLAR ÜÇÜN VERİLİŞLƏR
DEPARTAMENTİ
Dünya
əhalisinin 3,2%-i, 1 milyon nəfərə
qədər olan minlərlə etnik birlikdən
ibarətdir. Dünyada bu qədər etnik
qrupun olması bir o qədər də psixologiya,
etnomədəniyyət, etnik şüur, mentalitet,
həyat və davranış tərzinin olması
deməkdir. Bu müxtəlifliklərin öyrənilməsi,
azsaylı xalqların milli mədəni dəyərlərinin
geniş ictimai sferada təbliği, yaşadılması,
müasir dünyada demokratik inkişafın
başlıca prinsipinə və tələbinə çevrilib.
Artıq hər hansı bir dövlətin demokratik
inkişafının bir ölçüsü də onun öz
ərazisində yaşayan azsaylı xalqlara
olan münasibətidir. Dünyanın əksər
çoxmillətli dövlətləri sırasında
Azərbaycan Respublikası da var.
Bu gün Azərbaycan öz taleyini bu
torpağa bağlayan bir sıra milli
azlıqların, azsaylı xalqların və
etnik qrupların doğma vətəninə çevrilib.
Ölkə teleməkanında ilk dəfə olaraq,
məhz İctimai Televiziyada Milli
Azlıqlar ücün Verilişlər departamenti
yaradılıb. Burada biz Azərbaycanda
yaşayan xalqların və etnik qrupların
maddi mədəniyət nümunələrini, milli
məişətini geniş ictimaiyyətə çatdırmaqla
uzun əsrlər boyu ölkəmizdə yaşayan,
hətta onun bir və ya bir neçə kəndində
məskunlaşan, sayı bir neçə mindən
artıq olmayan, bu zəngin etnik müxtəlifliyi
dünya ictimaiyyətinə catdırırıq.
“Danışan tarix”
Azərbaycanın qədimliyini sübut edən,
tariximizi yaşadan atributlar sırasında
daş səlnaməmizin xüsusi yeri var.
Tariximizi bilmək istəyiriksə, mütləq
abidələrimizin yaranma dövründən
xəbərdar olmalıyıq. Çünki hər daşda,
çınqılda bir tarix yatır. Daşların
dili ilə keçmişimizdən söhbət açan
“Danışan tarix” verilişi də məhz
bu istiqamətdə geniş tamaşaçı auditoriyasının
maariflənməsinə xidmət edir. Bu
veriliş vasitəsilə biz ulu diyarımızın
keçmişini, eyni zamanda bu gününü
və gələcəyini işıqlandırmağa çalışırıq.
“Azərbaycanlılar”
İndiyə kimi departamentin təqdimatında
həftənin çərşənbə axşamı saat 18:15-
də efirə gedən “Azərbaycanlılar”
verilişində ölkəmizdə yaşayan azsaylı
xalqların, milli azlıqların və etnik
qrupların adət-ənənəsi, folkloru,
milli mətbəxi, dili, dini və inanc
yerləri haqqında məlumatlar öz əksini
tapır. Azərbaycanın etnik xəritəsində
xüsusi yeri olan ölkəmizin şimal
bölgəsində yaşayan ləzgilər, tatlar,taleyini
bu torpağa bağlayan ölkəmizin cənub
bölgəsində yaşayan talışlar, etnik
rəngarəngliyinə görə fərqlənən Zaqatala
və Qax rayonlarında yaşayan avarlar,
ingiloylar, Azərbaycanın Qafqaz
dilləri ailəsinin ləzgi qrupuna
daxil olan saxurlar, Qəbələ rayonunda
yaşayan udilər, Azərbaycanda yaşayan
milli azlıqların nümayəndələrindən
olan polyaklar, almanlar, ukraynalılar,
əsrlər boyu Azərbaycan xalqı ilə
qardaşlıq və dostluq şəraitində
yaşayan dag yəhudiləri, XX yüzillikdə
ağır məhrumiyyətlərlə qarşılaşan,
bir neçə dəfə deportasiyaya məruz
qalan vətən, yurd sevgisi ilə yaşayan
Ahıska türkləri eləcə də ölkəmizdə
yaşayan digər xalqlar haqqında hazırlanan
verilişlər təkcə həmin xalqların
nümayəndələri tərəfindən deyil,
bütövlükdə cəmiyyətimiz tərəfindən
də çox maraqla qarşılanır.
“Körpü”
Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın
adət-ənənəsinə, ulu Təbrizin, eləcə
də digər qədim şəhərlərin tarixi və
memarlıq abidələrinə, məşhur söz və
sənət adamlarına, sənətkarlarına,
qədim musiqi alətlərinə həsr olunan
bu verilişə həftənin cümə günü
saat 19:15-də baxa bilərsiniz.
Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən
şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.
2. “Yeni gün”-07.00.
Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin
birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri
çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci
saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu
müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər
dinləyəcəklər.
3. “Nahara qədər” – 10.10
2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı
məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi,
“İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz?
” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə
intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.
4. “Qorqud ata” – 12.00
TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası
ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının
“Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində
Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla
müzakirə ediləcək.
5.“Əyləncə saatı”- 13.10
Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki
saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri,
musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat
veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru)
keçiriləcək.
6. “İşgüzar zaman” – 15.10
Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri,
hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin
Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında
“Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?”
mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə
müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması
təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.
7. “Yol boyu” – 18.10- 20.00
Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli
veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin
birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq.
Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə
dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.
8. “Günün sonu”- 20.20 - 24.00
3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar
çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar
mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun
təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində
dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları
dinləyəcəklər.
Aparıcı: Dilqəm.
Hazırda İctimai radioda 4 departament
fəaliyyət göstərir: