İctimai Televiziya və Radio Yayımları Şirkəti

Azeri English




 

 

Həftəlik proqram | Görüşlər | Fəaliyyətimiz | Reklam

 
 

  İctimai Radio - 90 FM

  İctimai Radio - 90 FM

 

 

 
 

 
HAVA HAQQINDA
 
Gündüz/Axşam
Bakı
+11.. +5°C
Gəncə
+14.. +3°C
Naxçıvan
+13.. -5°C
Şuşa
+7.. -6°C
Lənkəran
+13.. +5°C
Şəki
+10.. +2°C
Quba
+9.. -4°C
 

 
AZN məzənnələri
1 USD
0,8053
1 EUR
1,006
1 RUR
0,0222
 

 
ARXİV
« Mart 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31     

« Fevral 2009
Be Ça Çr Ca Şb Bz
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28  
 

 

 

 

 


 

 

 
 

İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMLARI ŞİRKƏTİ
MUSİQİ, BƏDİİ VƏ ƏYLƏNCƏLİ VERİLİŞLƏR DEPARTAMENTİ

 

 

“Qaraj”
Gənclər üçün nəzərə tutulmuş musiqi və əyləncəli proqram. Həftənin 1 və 5-ci günləri efirə çıxan bu proqramda istedadlı gənclərlə yanaşı populyar müğənniləri də görmək mümkündür. Onu da qeyd edək ki, son zamanlar veriliş efirə həqiqi qarajdan çıxır. Əlbəttə ki, bu onu bir qədər də maraqlı edir.

Aparıcılar: Hüsniyə Məhərrəmova, Azər Aslan
Rejissor: Aydın Əsədulla


 

“Yaradıcılıq gecəsi”
İctimai Televiziyanın populyar verilişlərindən biri olan «Yaradıcılıq gecəsi»də bu zamana qədər İslam Rzayev, Oqtay Rəcəbov, Əlibaba Məmmədov, Bəxtiyar Vahabzadə, Cavanşir Quliyev, Azər Balaşoğlu, Ramiz Mirişli, Arif Babayev kimi bir sıra görkəmli sənətkarlar qonaq olub. Həftənin 5-ci günləri efirdə gedən bu iki saatlıq proqramda Azərbaycan mədəniyyətinin ən gözəl nümunələri layiqi şəkildə təbliğ olunur.

Aparıcı: Leyla Əliyeva
Rejissor: Salam Məmmədəliyev

 

“Ekspromt”
Həftənin III və V günləri tamaşaçıların 1 saat ərzində canlı musiqidən zövq almaq imkanı var. «Ekspromt» yalnız ən gözəl və səviyyəli ifa nümayiş etdirən ifaçıları öz qonağı edir.

Aparıcılar: Leyla Əliyeva və Leyla Sevil
Rejissor: Ceyhun Kərimov

 

“Ovqat”
“Ovqat”- musiqili bədii-ədəbi verilişdir. Həftənin bazar günü səhər saat 8-dən 10-dək “Ovqat” ovqatınızın qonağıdır. Bu adın altında Azərbaycanın tanınmış sevilən simaları, söz sənət ustadları, sərrafları cəm olub. “Ovqat”-ın əsas qayəsi ondan ibarətdir ki, burada poeziya ilə musiqi bir-birinin vəhdətində tamamlanır. Milli poetik, milli estetik səviyyəni müəyyən etməklə bərabər xalqımızın ədəbi bədii, tarixi genetik kodlarının bərpasına xidmət edir.

Aparıcı: Səyyarə Səyyaf
Rejissor: Aydın Əsədulla

 

“Bir mahnının tarixçəsi“
Əgər siz musiqi tarixinin inciləri olan, biri-birindən populyar mahnıların yaranma tarixi, onlarla bağlı bir sıra maraqlı məlumatarla tanış olmaq istəyirsinizsə İctimai Televiziyanın efirində «Bir mahnının tarixçəsi» verilişini mütləq izləyin. Burada sizin Azərbaycan musiqi mədəniyyətinə unikal ekskursiya etmək imkanınız var.

Müəllif: Könül Arifqızı
Rejissor: Salam Məmmədəliyev

 

“Xalq mahnıları” verilişi İctimai Televiziya və Radio ilə birgə yayımlanır. Verilişdə Azərbaycan xalq mahnılarının əsas xüsusiyyətləri, yaranması, ifaçıları, toplanması, qədim və yaşı bilinməyən, eləcə də müəllifi məlum olan “xalq mahnıları” haqqında söhbət açılır. Tamaşaçı və dinləyicilərə mütəxəssis fikri ilə yanaşı, xanəndə və müğənnilərimizin ifaları da təqdim olunur. Veriliş hər həftənin cümə günü, saat 12:15-də efirə gedir.

Müəllif: Pərvanə Nadirqızı,
Rejissoru: Ceyhun Kərimovdur.
Email: xalqmusiqisi@itv.az

 

“Almanax”
Həftə ərzində şəhərimizdə baş tutmuş ən maraqlı mədəniyyət hadisələrinin, konsert, tamaşa və sərgi salonlarında baş verən mədəni yeniliklərin dolğun şərhi hər həftənin I günü «Almanax» verilişində!

Müxbirlər: Dürdanə Hacıyeva; Çimnaz Ağakişiyeva; Leyla Sevil
Rejissor: Nəsimi Əliyev

 

“Muğam albomu”
Hər həftə biz tamaşaçılara milli musiqimizin şahı olan muğamları həm gənc, həm də tanınmış sənətkarların ifasında dinləmək imkanı yaradırıq. Musiqişünaslar tərəfindən təqdim olunan şərhlər isə maariflənmə xarakteri daşıyır.

Rejissor: Aydın Əsədullayev
Musiqi redaktoru: Vüsalə İlyasova

Təqdim olunan verilişlərin prodüsseri Dilbər Ağayeva, musiqi redaktoru Vəfa Abbasova, redaktor Füzuli İsmayılovdur.

 

 

 

7 oktyabr 2009

“Azərbaycan səhəri”- 06.00

Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.

2. “Yeni gün”-07.00.

Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər dinləyəcəklər.

3. “Nahara qədər” – 10.10

2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi, “İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz? ” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.

4. “Qorqud ata” – 12.00


TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının “Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla müzakirə ediləcək.

5.“Əyləncə saatı”- 13.10

Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri, musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru) keçiriləcək.

6. “İşgüzar zaman” – 15.10

Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında “Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?” mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.

7. “Yol boyu” – 18.10- 20.00

Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq. Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.

8. “Günün sonu”- 20.20 - 24.00

3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.
Aparıcı: Dilqəm.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2005-2008 - İctimai Televiziya və Radio Yayımları Şirkəti

http://www.itv.az
E-Məktub: info@itv.az
Webmaster: admin@itv.az

Əsas səhifə Əlaqə Seçdim Axtar Saytın xəritəsi