İCTİMAİ
TELEVİZİYA VƏ RADİO YAYIMLARI
ŞİRKƏTİ
XÜSUSİ LAYİHƏLƏR DEPARTAMENTİ
”Sözün sehri” Azərbaycan ədəbiyyatının
ən görkəmli şair və yazıçıları haqqında
30 dəqiqəlik tele-ensiklopedik verilişdir.
Verilişdə, haqqında söhbət açıllan
ədəbiyyat xadiminin ən məşhur əsərlərindən
epizodlar səsləndirilir, canlandırılır.
Şairlərin ən gözəl şeir və poemaları
aktyorların ifasında efirə verilir....
Müəllif:
Rafiq Səməndər Rejissor: Əminə Asifqızı
“V.I.P.”
proqramında müxtəlif ölkələrin
respublikamızdakı səfirləri ilə müsahibəyə,
onların təmsil etdikləri ölkələr haqqında
məlumatlara geniş yer verilir. Ayrı-ayrı
xalqların mədəniyyəti, milli mentaliteti,
həyat tərzi, musiqisi barədə məlumatlar
istər-istəməz maraqla qarşılanır.
Proqramın müəllifi Qərənfil
Xəlilova Operatoru Manaf Quriyev,
Montaj rejissoru Elşad
Rasimoğludur.
”Bir kəndin nağılı”
Azərbaycanın ən görkəmli ziyalılarının
doğulub boya-başa çatdığı kəndləri
haqqında kiçik bir tele-nağıl. Kəndinin
tarixi, dünəni-bu günü haqqında elə
öz kəndinə kameralarımızla qonaq gedən
ziyalıların özü söhbət açır, bələdçilik
edir. Kəndin tanınmış insanları haqqında
məlumat veririk. Kəndin dağları, bulaqları,
meşələri çəkilib göstərilir. Bir sözlə,
bir kənd haqqında tamaşaçıya bir tele-nağıl
danışılır.
Ayda iki dəfə efirə çıxan «Saz
havaları» verilişində respublikamızın
tanınmış aşıqlarının ifasında saz
havaları və aşıq mahnıları tamahaçılara
təqdim olunur.
Redaktor Qərənfil Xəlilova,
rejissor Könül Əziz, Rejissor assistentləri Aqil
Çovdarov və Araz Məmmədli.
Ayda iki dəfə şənbə günləri isə
siz “Ozan məclisi”ndə
aşıq sənətimizin incəliklərinin
təhlil olunduğu söhbətlərin qonağı
olacaqsiniz. Proqramda aşıq musiqisinin,saz
havalarının təbliğinə geniş yer
verilir.
Verilişin ssenari müəllifi Qərənfil
Xəlilova, Aparıcıları Şair
Barat Vüsal və musiqişünas Mübariz
Əliyev, Rejissoru Könül
Əziz, Aqil Çovdarov, Rejissor assistentləri Aynurə
Seyidzadə, Araz Məmmədlidir.
“Ötən Günlərimi qaytara bilsəm”
verilişi ayda 2 dəfə efirə
çıxır.
Verilişdə Sovet dövrünün 70-80-cı
illərinin görkəmli şəxsiyyətləri,
Sosialist Əməyi Qəhramanı,alim və
yazıçıların, ziyalıların ömür yolundan
bəhs olunur. Ötən illərin acılı-şirinli
xatirələrindən söhbət açılır,keçmişin
həqiqətlərinə aydındıq gətirilir.
Verilişin müəllifi Şamama
Qəhrəmanova, Rejissoru Könül
Muradəliyeva, Prodüseri Sürəyya
Abbasovadır.
«Dəbdən-dəbə»
verilişi qadın maraqlarını əhatə
edən həftəlik əyləncəli tok-şoudur.
Verilişin əsas məqsədi qadınları
maarifləndirmək, düzgün istiqamətə
yönəltmək, eyni zamanda düşündürmək,
milli, mədəni də ümumbəşəri dəyərləri
aşılamaqdir. Verlişin auditoriyası,
bütün yaş hədləri olan qadınlardır.
«Dəbdən-Dəbə» verilişi hər həftənin
şənbə günü saat 18.15- də canlı
olaraq yayımlanır.
Müəllif və aparıcı
Sevinc Muradova, Rejissor Könül
Muradəliyeva, Rejissor assistenti
Araz Məmmədli.
Fədailər silsilə
sənədli filmlərində 1920-ci ildən
başlayaraq Azərbaycan ziyalılarına
qarşı həyata keçirilən təqiblər və
onların yaşadığı acınacaqlı tale işıqlandırılır.
Yaradıcılığı və fəaliyyəti xalqımız
tərəfindən yüksək qiymətləndirilən
bu ziyalılar dövrün totaritar rejimi
tərəfindən təqib və təzyiqlərə məruz
qalmış, tarixi fürsəti yaxalayan ermənilər
isə Azərbaycan ziyalılarını ölkədən
sürgün etməkdə və qətlə yetirməkdə
xüsusi səy göstərmişlər. İctiamai
televiziyanın bu layihəsi Azərbaycan
ziyalılarına qarşı həyata keçirilən
sürgün və təqibləri tarixi sənədlər
və faktlar əsasında tamaşaçılara çatdırır.
Ssenari müəllifləri
Mahir Qəribov, Sərvər Bayramov, Rejissoru Nuranə
Tofiqqızı Rejissor assisenti Aynurə
Seyidzadədir.
Azərbaycanımızın milli-mənəvi dəyərlərini
özündə əks etdirən “Azərbaycan
palitrası” verilişinin
məqsədi mədəniyyət və incəsənətimizin
gözəııiklərini, zənginliyini təbliğ
etmək, xalqımızın mənəvi irsinin
qorunmasının vacibliyini əsaslandırmaqdır.
Müəllif Dilşad
Abbasəliqızı, rejissoru Nuranə Axundova,
Rejissor assistenti Aynurə
Seyidzadə. 2008- ci ilin fevralından
veriliş studiya formatında efirə
çıxır. Ssenari müəllifi
Nuranə Tofiqqızı, Rejissoru Aqil
Çovdarov, Rejissor assistenti
Araz Məmmədlidir
Vətənimiz
yeraltı və yerüstü sərvətləri
kimi maddi-mədəni abidələri
ilə də zəngindir. Hər daşında
bir tarix yatan bu abidələrimiz
xalqımızın, torpağımızın qədimliyindən
xəbər verən dəyərli mənbələrdir.
Dərbənddən- Həmədana, Borçalıdan-
Təbrizə, Naxçıvana qədər min
illərdir uluların bizə yadigar
qoyduqları qiymətli abidələrimizin
hər biri xalqımızın keçdiyi
tarixi yoldan xəbər verir.
“Tarixi abidələr”
verilişi də Azərbaycanın müxtəlif
bölgələrində, şəhər və kəndlərində
mövcud olan maddi və mənəvi
irsimizin bu zəngin töhfələrini
öyrənməyi, qorumağı və təbliğ
etməyi qarşısına məqsəd qoyub.
Borçalı, Dərbənd, Naxçıvan
abidələrinə həsr olunan silsilə
verilişlər tamaşaçılara təqdim
edilib. “Tarixi abidələrimiz”
min illərin arxasından keçmişimizi
də bizlərə tanıdır.
Verilişin
ssenari müəllifi və aparıcısı
Mahir Qəribov, Rejissoru
Nuranə Tofiq qızı, Rejissor
assisenti isə Aynurə Seyidzadədir.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin,
mədəniyyət xadimlərinin, alim və yazıçıların
həyat və yaradıcılığından, fəaliyyətindən
bəhs edən bir verilişdir.
Verilişdə Azərbaycan Dövlət Arxivinin,
qəhrəmanların ailə arxivinin materiallarından,
həmçinin videomateriallardan istifadə
olunur. Onların ömür yolu təhlil edilir.
SSRİ xalq memarı Mikayıl Üseynov,
professor İsmayıl Babayev, akademik
Həmid Araslı və başqaları haqqında
verilişlər bu qəbildəndir.
Verilişin müəllifi Şamama
Qəhrəmanova, Rejissoru Könül
Muradəliyeva.
“Haqqım
var ki, öyünüm” silsiləsindən
görkəmli şəxsiyyətlərə həsr olunmuş
filmlərdə tamaşaçılara tarixi keçmişimiz
barədə real həqiqətlərdən, ayrı-ayrı
insanların nəsillərə örnək olan
əməllərindən söhbət açılır. Məqsəd
tamaşaçılara vətənpərvərlik, milli
təəssübkeşlik, milli qeyrət ruhu
aşılamaq, tarixi şəxsiyyətlərin
həyat və fəaliyyətini təhlil etmək,
tarixin ibrət dərslərini diqqətə
çatdırmaqdır.
Proqramın müəllifi
Qərənfil Xəlilova, Operatoru Manaf
Quriyev, Montaj rejissoru
Elşad Rasimoğludur.
7 oktyabr 2009
“Azərbaycan səhəri”- 06.00
Verilişdə ölkəmizin təbiətindən danışılacaq, vətənimizi tərənnün edən
şeirlər və səhər ovqatlı mahnılar təqdim olunacaq.
Aparıcı: Fəxriyyə İsayeva.
2. “Yeni gün”-07.00.
Kazım Bağırovun təqdimatında efirə gedən və üç saat davam edən verilişin
birinci saatında hava haqqında məlumat, mədəniyyət və idman yenilikləri
çatdırılacaq, şən ovqatlı musiqilər səsləndiriləcək.Verilişin ikinci
saatında dinləyicilər “Payızda ən çox sizə xoş gələn nədir?” mövzusu
müzakirə ediləcək.Verilişin üçüncü saatında dinləyicilər müxtəlif musiqilər
dinləyəcəklər.
3. “Nahara qədər” – 10.10
2 saat davam edən və canlı yayımlanan verilişin 1-ci saatında maraqlı
məlumatlar çatdırılacaq, teleradio verilişlərinin anonsu , günün təqvimi,
“İTV-də hansı müğənnilərin solo konsertlərinin yayımlanmasını istərdiniz?
” mövzusu müzakirə ediləcək. Verilişin ikinci saatında dinləyicilərə
intellektual yarışma təqdim ediləcək.
Aparıcı: Nərgiz Nəzərli.
4. “Qorqud ata” – 12.00
TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası
ilə İctimai Radionun birgə layihəsi üzrə efirə gedən “Qorqud ata” proqramının
“Avrasiya gündəmi” bölümündə “Türkiyə Ermənistan əlaqələri kontekstində
Dağlıq Qarabağ probleminə baxış” mövzusu siyasi şərhçi Elman Nəsirovla
müzakirə ediləcək.
5.“Əyləncə saatı”- 13.10
Nərgiz Nəzərlinin təqdimatında efirə gedən və canlı yayımlanan iki
saatlıq verilişin birinci saatında mədəniyyət və şou-biznes xəbərləri,
musiqi aləmində baş verən yeniliklər, “Türk hit –parad” barədə məlumat
veriləcək.Verilişin ikinci saatında İntellektual yarışma (yalan – doğru)
keçiriləcək.
6. “İşgüzar zaman” – 15.10
Canlı yayımlanan və 3 saat davam edən proqramın birinci saatında
iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri,
hava haqqında məlumat catdırılacaq, “Məşhurlar” rubrikasında İmadəddin
Nəsimi barədə məlumatlar səsləndiriləcək. Verilişin ikinci saatında
“Azərbaycanda boşanmaların sayı artır. Boşanmanın səsbəbləri nədir?”
mövzusu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsiylə
müzakirə ediləcək. Verilişin üçüncü saatında dinləyicilərə musiqi yarışması
təqdim ediləcək.
Aparıcı: Sevinc Cəfərova.
7. “Yol boyu” – 18.10- 20.00
Kazım Bağırovun təqdimatında efirə gedən və canlı yayımlanan musiqili-əyləncəli
veriliş yolda olan dinləyicilərə ünvanlanıb. İki saat davam edən verilişin
birinci saatında maraqlı avtonəqliyyat və yol xəbərləri çatdırılacaq.
Verilişin ikinci saatında “Avtomobilsiz gün. Hərdən avtomobili velosipedlə
dəyişə bilərsizmi?” mövzusu müzakirə ediləcək.
8. “Günün sonu”- 20.20 - 24.00
3,5 saat ərzində canlı yayımlanan verilişdə ən son və maraqlı məlumatlar
çatdırılacaq, korifey sənətkarların ifasında retro musiqilər- əbədiyaşar
mahnılar səsləndiriləcək. Aşıq musiqisində dinləyicilər Qorxmaz Tofiqoğlunun
təqdimatında müxtəlif aşıqların ifalarını dinləyəcəklər. Poeziya dəqiqələrində
dinləyicilər Şahmar Əkbərzadənin Şeirlərini və sözlərinə yazılan mahnıları
dinləyəcəklər.
Aparıcı: Dilqəm.
Hazırda İctimai radioda 4 departament
fəaliyyət göstərir: