İctimai Radio - 90 FM
 
 

İctimai Radio 2006-cı il yanvarın 10-da Müqəddəs Qurban bayramı günü yayımlanmağa başlayıb. Bu münasibətlə İctimai Televiziya və Radio Yayımları Şirkətində təntənəli mərasim düzənlənib. Tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, İctimai Televiziya və Radionun Yayım Şurasının sədri Cahangir Məmmədli, millət vəkili Sabir Rüstəmxanlı, bəstəkar Faiq Sücəddinov, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu çıxış edərək İctimai Radioya gələcək fəaliyyətində uğurlar arzulayıblar. İTRYŞ-nın baş direktoru İsmayıl Ömərov çıxışında İctimai Televiziya kimi radionun da öz verilişləri ilə dinləyicilərin rəğbətini qazanacağına əmin olduğunu söyləyib: “Biz televiziyanı çox qısa müddət ərzində qurduq, amma radio üçün kifayət qədər fikirləşməyə, düşünüb-daşınmağa vaxtımız oldu. Ona görə də, inanıram ki, İctimai Radio öz verilişləri ilə cəmiyyətdə böyük rəğbət qazanacaq”-deyə İ.Ömərov bildirib.

 

 

 

 

 

 

 

21 avqust 2010

“Yeni gün”- 07. 00- 10.00
Aparıcı: Günel Mustafayeva

Proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu və günün mənzərəsi təqdim ediləcək. Həmçinin “Həftə sonu ürəyinizdən Azərbaycanın hansı bölgələrində dincəlmək keçir.?” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.

“Nahara qədər” – 10.10 -12.00
Aparıcı: Zümrüd Rzayeva.

İki saat davam edən bu verilişdə İctimai Televiziyanın və Radionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar çatdırılacaq. Həmçinin verilişdə xalq mahnılarından ibarət radiokonsert də səsləndiriləcək.

“Qorqud ata”- 12.10- 13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir. Verilişdə həmçinin Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından musiqisindən bəhs edən xüsusi proqramlar da səsləndirilir.

“Əyləncə saatı” - 13.10

Aparıcı: Rəşidə Məmmədova

Verilişdə həftənin ən çox sevilən mahnılarından söz ediləcək və həmin mahnıları dinləyicilər yenidən dinləmək imkanı əldə edəcəklər.

“ Muğam dünyası” – 14.10 -15.00

Aparıcı:
Bu günkü verilişdə gənc xanəndələrin ifalarında müxtəlif muğamlardan parçalar səsləndiriləcək.

“Sport taym”- 15.10 – 15.30

Aparıcı: Mehman Bağırov.

Verilişin budəfəki buraxılışında “Məşhur idmançılar” mövzusu Cüdo üzrə Avropa cempionu Kifayət Qasımovayla müzakirə ediləcək.

“Həmişə istirahətdə” -17.10 – 20.00

Aparıcı: Nərgiz Nəzərli.

Verilişin bu günkü buraxılışında arzular, təbriklər səsləndiriləcək. Eyni zamanda dinləyicilərə əyləncəli məsələ, kinoviktorina və “Qadın saatı” rubrikası təqdim ediləcək. “Səni axtarıram” bölümündə bir - birlərini axtaran insanların radiosəsləşməsi müzakirəyə çıxarılacaq.

“Günün sonu” -20.20- 24.00

Aparıcılar: Aynurə Cəfərova.
Saat 24. 00- dək davam edən bu proqram ənənəvi olaraq aşıq musiqisiylə başlayacaq. Dinləyicilərə “musiqili axşamlar” adlı radiokonset , Əliağa Vahidə həsr edilmiş radiooçerk və “Qabusnamə”nin radioversiyası təqdim ediləcək.


22 avqust 2010

“Nahara qədər” – 10.10 -12.00
Aparıcı: Zümrüd Rzayeva.

İki saat davam edən bu verilişdə İctimai Televiziyanın və Radionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar və məlumatlar çatdırılır. Bu günkü verilişin interaktiv sorğusu belədir: “İctimai Teleradioda şənbə və bazar günləri yayımlanan hansı verilişləri daha çox bəyənirsiniz? “

Həmçinin verilişdə dinləyici istəyi ilə radiokonsert səsləndiriləcək.

“Qorqud ata” – 12 .10- 13.00

TRT-nin “Türkiyənin səsi”radiosunun Azərbaycan redaksiyasıyla İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından, musiqisindən bəhs edən xüsusi proqramlar səsləndirilir.

“Azərbaycan inciləri” -13.10- 16. 00

Aparıcı: Pərvanə Nadirqızı.

Bu proqramda studiyanın qonaqları Gülyaz və Gülyanaq Məmmədovalar müxtəlif xalq mahnıları ifa edəcək. Musiqişünas Mirnazim Əsədullayev “Muğam saatı”nın qonağı olacaq. Sonda dinləyicilərə retro musiqilər və Azərbaycan bəstəkarlarının mahnıları təqdim ediləcək.

5. “Poeziya dəqiqələri” – 16. 10.- 17.00
Aparıcı: Zümrüd Rzayeva.
Verilişin bu günkü buraxılışında dinləyicilər “Ən çox sevdiyiniz Azərbaycan şairləri” mövzusunu müzakirə edəcək, müxtəlif mahnılar dinləyəcəklər.
“Həmişə istirahətdə”- 17.10- 20.00

Aparıcı: Sevinc Cəfərova.

Verilişin bu günkü buraxılışında maraqlı xəbərlər, məlumatlar çatdırılır, tanınmış müğənnilərin ifasında istirahət ovqatlı mahnılar, arzular, istəklər, təbriklər səsləndirilir və əyləncəli məsələ (məntiq yarışması) müzakirəyə çıxarılır. Eyni zamanda dinləyicilərə “kinoviktorina – bir –birlərini axtaran insanların radiosəsləşməsi” təqdim edilir.

“Günün sonu” -28.10- 24.00

Aparici: Şakir Nadiroğlu.

Üç saat davam edən proqramın ilk saatı aşıq musiqisiylə baçlayacaq. Dinləyicilər aşıqların müxtəlif ifalarını dinləmək fürsəti qazanacaqlar.


23 avqust 2010

“Yeni gün” - 08.00 – 10.00

Aparıcı: Aynurə Cəfərova.
Üç saatlıq proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu və günün mənzərəsi təqdim ediləcək. Həmçinin interaktiv sorğu: “Milli Qəhrəmanlarımızdan kimləri tanıyırsız? Onlar haqda nə bilirsiz?“ dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.

“Nahara qədər” – 10.10 -13.00
Aparıcı: Nərgiz Nəzərli.

İki saat davam edən bu verilişdə İctimai Televiziyanın və Radionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar və məlumatlar çatdırılır. Bu günkü verilişin interaktiv sorğusu belədir “İctimai Teleradio- 5. Teleradiomuzun aparıcıları sizi qane edirmi? Hansı verilişin aparıcısını daha çox bəyənirsiniz?” Sonda xalq mahnılarından ibarət radiokonsert səsləndirəcək.
“Qorqud ata”- 12.10 -13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir.Verilişdə həmçinin Türkiyə və Azərbaycan tarixindən, ədəbiyyatından, musiqisindən, bəhs edən xüsusi proqramlar səsləndirilir.
Əyləncə vaxtı - 13. 10- 15.00

Aparıcı: Şəfiqə
Bu gün verilişdə milli estradanın top 10- luğu təqdim olunur. Mahnıların onluqdakı yeri dinləyicilərin səsləriylə müəyyənləşdirilir. Dinləyicilərə karaoke yarışması da təqdim ediləcək.

“İşgüzar zaman” – 15.10 - 18.00
Aparıcı: Sevinc Cəfərova, Hafiz Səfərov.

Verilişin bu günkü buraxılışında iqtisadiyyat, mədəniyyət və valyuta məzənnələri, birja xəbərləri, hava proqnozu və dünya mətbuatının manşetindəki ən maraqlı məlumatlar çatdırılacaq. “Bu gün Füzuli və Cəbrayıl rayonlarının işğalından 17 - il ötür.” mövzusu QAT sədri Akif Nağı və şəhid ailəsinin nümayəndəsiylə müzakirə ediləcək. Milli Qəhrəman Mübariz İbrahimov barədə radioşarx səsləndiriləcək. Verilişin sonunda muğam və təsniflərdən ibarət radiokonsert təqdim ediləcək.


“Günün sonu”- 20.20 - 24.00

Aparıcılar: Şakir Nadiroğlu, Aynurə Cəfərova.

Saat 24- dək davam edən bu proqram ənənə üzrə yenə aşıq musiqisiylə başlayacaq. Sonra dinləyicilər “Qabusnamə”nin radioversiyasını və “musiqili axşamlar” adlı radiokonserti dinləyəcək, poeziya dəqiqələrində isə Mikayıl Müşfiqin qəzəlləri və sözlərinə yazılan mahnılar təqdim olunacaq.


Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 



   


© 2007 - İctimai Televiziya və Radio Yayımları Şirkəti / İctimai Radio - 90 FM

http://www.radio.itv.az
E-Məktub: radio@itv.az
Webmaster: admin@itv.az