Bizim tarix:
 
 

İctimai Radio 2006-cı il yanvarın 10-da Müqəddəs Qurban bayramı günü yayımlanmağa başlayıb. Bu münasibətlə İctimai Televiziya və Radio Yayımları Şirkətində təntənəli mərasim düzənlənib. Tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, İctimai Televiziya və Radionun Yayım Şurasının sədri Cahangir Məmmədli, millət vəkili Sabir Rüstəmxanlı, bəstəkar Faiq Sücəddinov, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu çıxış edərək İctimai Radioya gələcək fəaliyyətində uğurlar arzulayıblar. İTRYŞ-nın baş direktoru İsmayıl Ömərov çıxışında İctimai Televiziya kimi radionun da öz verilişləri ilə dinləyicilərin rəğbətini qazanacağına əmin olduğunu söyləyib: “Biz televiziyanı çox qısa müddət ərzində qurduq, amma radio üçün kifayət qədər fikirləşməyə, düşünüb-daşınmağa vaxtımız oldu. Ona görə də, inanıram ki, İctimai Radio öz verilişləri ilə cəmiyyətdə böyük rəğbət qazanacaq”-deyə İ.Ömərov bildirib.

 

 

 

 

 

 

16 mart 2010

“Yeni gün” - 07. 00 – 10.00

Aparıcı: Fəxriyyə İsayeva.

Üç saatlıq proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu və günün mənzərəsi təqdim ediləcək. Eyni zamanda “Səhər əyləncəsi: bir mahnı, bir xəbər?” mövzusu dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.

“Nahara qədər” – 10.10 – 12. 00

Aparıcı: Vüsalə Asifqızı.

Bu günkü verilişdə İctimai Televiziya və Radionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar və məlumatlar çatdırılacaq. Verilişdə ”TV və Radio verilişlərində mədəniyyəin hansı sahələrinin işıqlandırılmasına daha çox ehtiyac duyursunuz?” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq. Verilişdə dinləyici istəyi ilə xalq mahnıları səsləndiriləcək.

“Qorqud ata”- 12.00 – 13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycan gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim olunur.Verilişdə həmçinin Türkiyə və Azərbaycan tarixindən, ədəbiyyatından, musiqisindən bəhs edən xüsusi proqramlar səsləndirilir.


“Əyləncə saatı”- 13.10 – 15.00

Aparıcı: Şəfiqə Əfəndiyeva
Bu günkü verilişdə türk estradasının top onluğu barədə danışılacaq. Müğənnilərin onluqdakı yeri dinləyicilərin səsləriylə müəyyənləşəcək. Dinləyicilərə evrovizionun tarixi barədə maraqlı məlumatlar və xəbərlər çatdırılacaq.



“İşgüzar zaman” – 15.10 - 18.00

Aparıcı: Xuraman Süleymanlı, Mehman Bağırov.


Verilişin bu günkü buraxılışında Nobel mükafatı laureatları haqda silsilsilə söhbətlər davam etdiriləcək, dünyanin aparıcı qəzetlərinin manşetlərindəki aktual yazılar haqqında məlumatlar çatdırılacaq. “2006-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı –Orxan Pamuk” mövzusu müzakirəyə çıxarılacaq.
“Ali məktəblərə qəbul imtahanlarında dəyişikliklər” mövzusu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsiylə müzakirə ediləcək.
Verilişin sonunda muğam və təsniflərdən ibarət radiokonsert səsləndiriləcək.

“Yol boyu” – 18.10- 20.00

Aparıcı: Kazım Bağırov.

Əsasən yolda olan dinləyicilər üçün nəzərdə tutulan bu veriliş boyu paytaxt yollarındakı tıxaclar haqqında məlumatlar çatdırılacaq. Bu verilişi dinləməklə sürücülər tıxaclardan yaxa qurtara və vaxtlarına qənaət edə bilərlər. Günün sorğusu isə belədir: “Aldığınız avtomobilə görə sonradan peşiman olubsunuzmu?”. Verilişdə yoldakıların istəyi ilə müxtəlif mahnılar da səsləndiriləcək.


“Günün sonu”- 20.20 - 24.00

Aparıcılar: Şakir Nadiroğlu, Samir İsmayılov

Saat 24-00 –dək davam edən bu proqram ən- ənə üzrə yenə aşıq musiqisiylə başlayacaq. Günün interaktiv sorğusu isə belədir: “Yadınızda qalan ən maraqlı novruz çərşənbəsi” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq.
Poeziya həvəskarları Süleyman Rüstəmin şeirlərini və sözlərinə yazılan mahnıları dinləyə bilərlər.


 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2007 - İctimai Televiziya və Radio Yayımları Şirkəti / İctimai Radio - 90 FM

http://www.radio.itv.az
E-Məktub: radio@itv.az
Webmaster: admin@itv.az