Direktorlar:
 
 

Elman Qədirov
İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun radio üzrə müavinidir.

Jurnalistdir.
30 ilə yaxındır ki, mətbuat sahəsində çalışır. Ölkənin aparıcı qəzetlərində və “AzərTAc” informasiya agentliyində rəhbər vəzifələrdə işləyib.
“Qızıl qələm” mükafatı laureatıdır. Bir çox yaradıcılıq müsabiqələrinin qalibidir. Yüzlərlə publisistik və analitik yazıları dərc olunub.



 
Hafiz Səfərov
İctimai radionun xəbərlər və analitik proqramlar departamentinin direktorudur.

1974-cü il martın 2-də anadan olub. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Prezident Yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib. AMEA-nın Fəlsəfə və Siyasi-hüquqi Tədqiqatlar İnstitutunun dissertantıdır. Onlarla elmi məqaləsi çap olunub.
2006-cı ildə Həsən bəy Zərdabi mükafatına layiq görülüb.




 
Zərxanım Əhmədli
2005-ci ildən Ictimai Radionun informasiya və analitik proqramlar departamentində direktor müavini vəzifəsində işləyir. “Yeni gün” proqramının məsul redaktorudur.

Ixtisasca jurnalistdir. 1970-1998-ci illərdə Azərbaycan Teleradio Yayımları Şirkətində, 1998-2004-cü illərdə “Azadlıq” radiosunun Bakı bürosunda çalışıb.



 
Mehman Bağırov
İctimai Radionun “Elm-Təhsil, Gənclər və İdman”departamentinin direktorudur.

Azərbaycan Beynalxalq Universitetinin hüquq fakültəsini bitirib. Ayrı- ayrı mətbuat orqanlarında- ”Azərbaycan Gəncləri”, “Ədalət”, “Naxçıvan” qəzetlərində- müxbir vəzifəsində çalışmışdır. 1996-cı ildən 2005-ci ilə qədər “Azərbaycan Gəncləri” qəzetinin baş redaktoru işləmişdir.



 
Sevil Ələkbərova
Ictimai Radionun Musiqi və Əyləncəli Verilişlər Departamentinin direktorudur.

Sevil Ələkbərova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 20 ildən artıq Q.Qarayev adina 11 illik musiqi məktəbində şöbə müdiri vəzifəsində çalışıb.



 

İmir Məmmədov
İctimai Radionun Ədəbiyyat və İncəsənət departamentinin direktorudur.

Tiflis Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Yazıçıdır, Gürcüstan Dövlət mükafatı laureatıdır, Şərəf ordeni kavaleridir.
Əmək fəaliyyətinə 1985-ci ildə Gürcüstan Dövlət Teleradio Yayımları Komitəsində jurnalist kimi başlayıb, Gürcüstan prezidentinin Regional Siyasət və İdarəetmə xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlib.
Azərbaycan Respublikası Yazıçılar Birliyinin üzvüdür.
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.

 

 
21 may 2011

“Yeni gün”- 08. 00- 12.00
Aparıcı: Pərvanə Şammədova


Proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, faydalı məsləhətlər, hava proqnozu, səhər xəbərləri və bölgələrdə nə var, nə yox? (müxbirlərimizlə canlı bağlantı) təqdim ediləcək. “Geyim mədəniyyəti” mövzusudinləyicilərlə müzakirə ediləcək. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.


“Qorqud ata”- 12.10- 13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir. Verilişdə həmçinin Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından musiqisindən bəhs edən xüsusi proqramlar da səsləndirilir.


“Əyləncə saatı” - 13.10- 16:00
Aparıcı: Günel Mustafayeva


Bu verilişdə siz şou-biznes və mədəniyyət xəbərləriylə tanış olacaq, həftənin ən çox sevilən filmləri barədə məlumat əldə edə biləcəksiniz. Britaniya musiqisi səsləndiriləcək.

Xəbərdar 16: 10 – 20:00
Aparıcılar:Dilqəm Şərifov, Mehman Bağırov, Məhəbbət Hacıyeva

Bu proqramı dinləyən dinləyicilər iqtisadiyyat və birja xəbərlərindən, türk dünyasındakı xəbərlərdən və mahnılardan, “Yoldakılar” bölümündə yolardakı vəziyyət və tıxaclarla bağlı məlumatlardan xəbərdar olacaqlar. Dinləyicilərə muğam və təsniflərdən ibarət radiokonsert təqdim edilir.Həmçinin dinləyicilər bu proqramda “Sport taym”, “Salam əsgər” və “Radio afişa” bölümlərində maraqlı mövzular dinləmək imkanı əldə edəcəklər.
“Aykido üzrə beynəlxalq seminar” mövzusu Azərbaycan Aykido Federasiyasının Prezidenti Fərhad Ələsgərovla müzakirə ediləcək.

“Axşam oldu” -20.20- 24.00

Aparıcılar: Samir İsmayılov.

Saat 24. 00- dək davam edən bu proqramda dinləyicilərə milli musiqilərimizdən nümunələr, “Azərbaycan nağılları” və “Ozan məclisi” təqdim ediləcək.

22 may 2011

 

“İstək saatı” – 10.10 -12.00
Aparıcı: Zümrüd Rzayeva

İki saat davam edən bu verilişin birinci saatında dinləyici istəyi ilə mahnılar səsləndiriləcək, ikinci saatda dinləyicilərin arzuladığı müğənnilər studiyaya dəvət edilərək canlı ifalar səsləndirilir.

“Qorqud ata” – 12 .10- 13.00

TRT-nin “Türkiyənin səsi”radiosunun Azərbaycan redaksiyasıyla İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından, musiqisindən bəhs edən xüsusi proqramlar səsləndirilir.


“Həftə xit paradı” -13.10- 16. 00
Aparıcı: Kazım Bağırov.

Bu proqramda dinləyicilərə ən çox sevilən və ifa edilən mahnılar təqdim ediləcək.

“Həmişə istirahətdə” – 16. 10.- 20.00

Aparıcı: Fəxriyyə İsayeva.

Verilişin bu günkü buraxılışında dinləyicilərə Azərbaycan inciləri- bir muğam, bir mahnı, bir şeir, Qadın dünyası və qonaq otağı bölümləri təqdim ediləcək.
“Sağlam ailə hansı təməl üzərində qurulur?” mövzusu dinləyicilərlə müzakirə ediləcək.

“Günün sonu” -28.10- 24.00
Aparıcı: Şkir Nadiroğlu, Samir İsmayılov.

Üç saat davam edən proqramın ilk saatı aşıq musiqisiylə baçlayacaq. “Başa çatmaqda olan həfə sizin üçün nə ilə yadda qaldı?” interaktiv sorğusu təqdim edilir.

23 may 2011

 

“Yeni gün” - 08.00 – 12.00
Aparıcı: Nərgiz Nəzərli.

Üç saatlıq proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu , bölgələrdə nə var, nə yox (müxbirlərimizlə canlı telefon bağlantısı) Həmçinin interaktiv sorğu: “Səhər əhval-ruhiyyənizi yüksəltmək üçün nə edirsiz? Gününüzün yaxşı keçməsi nədən asılıdır? (eşitdiyiniz xoş xəbərdən, gördüyünüz yaxşı yuxudan, bir kəlmə xoş sözdən, mehriban bir baxışdan və s.) “ interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.


“Qorqud ata”- 12.10 -13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir.Verilişdə həmçinin Türkiyə və Azərbaycan tarixindən, ədəbiyyatından, musiqisindən, bəhs edən xüsusi proqramlar səsləndirilir.

Əyləncə vaxtı - 13. 10- 15.00
Aparıcı: Kazım Bağırov

Bu gün verilişdə dinləyicilərə şou-biznes və mədəniyyət xəbərləri, təqdim ediləcək. .

“Xəbərdar” – 16.10 - 18.00
Aparıcı: Sevinc Cəfərova.

Verilişin bu günkü buraxılışında iqtisadiyyat, mədəniyyət və valyuta məzənnələri, birja xəbərləri, hava proqnozu və dünya mətbuatının manşetindəki ən maraqlı məlumatlar çatdırılacaq. “Həkim məsləhəti”, “Qanundankənar”, “Yoldakılar”, “Radioafişa” və muğam və təsniflərdən ibarət radiokonsert təqdim ediləcək. “Psixoloqla söhbət. Pis münasibətlərin psixoloji təhlükəsi?” mövzusu psixoloq Cəmilə Kamalovayla müzakirə ediləcək. “Sürəti sevirsiniz? Avtomobili hansı sürətlə idarə edirsiz? Sürət həddinə əməl edirsizmi?” mövzusuna isə dinləyicilər canlı telefon vasitəsiylə aydınlıq gətirməyə çalışacaqlar.


“Axşam oldu”- 20.20 - 24.00
Aparıcılar: Samir İsmayılov, Qorxmaz Tofiqoğlu.

Saat 24- dək davam edən bu proqram ənənə üzrə yenə aşıq musiqisiylə başlayacaq. “Azərbaycan nağılları”nın radioversiyası, poeziya dəqiqələrində isə Famil Mehdinin şeirləri və sözlərinə yazılan mahnılar təqdim ediləcək.



 


















Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2007 - İctimai Televiziya və Radio Yayımları Şirkəti / İctimai Radio - 90 FM

http://www.radio.itv.az
E-Məktub: radio@itv.az
Webmaster: admin@itv.az