Departamentlər:
 

Ədəbiyyat və İncəsənət departamenti:

 


“Dəbdən-dəbə” qadın proqramı - həftənin cümə axşamı saat 12:10

Veriliş qadınların maraq dairəsinə hesablanıb. Hər dəfə konkret bir mövzu ətrafında müzakirə aparılır. Müxtəlif rubrikalarla qadınları maraqlandıran bir sıra məlumatlar verilir. Belə ki, “Ana-bala” rubrikasında gənc analara körpələrlə davranış qaydaları haqqında həkim məsləhəti, “Gözəllik ondur...” rubrikasında dəbi sevən xanımlara modelyer məsləhəti , “Mənim sirrim” rubrikasında kosmetoloq məsləhəti , həmçinin “Saçlarını yan dara” rubrikasında saç ustalarının məsləhətləri səsləndirilir. Dinləyicilərə mövzuya uyğun sorğular təqdim edilir.
Verilişdə müxtəlif mövzulara—qadın azadlığı, qadın işsizliyi, boşanma, qarışıq ailələr, çoxuşaqlılıq, qohumlararası münasibət, ailə qurarkən rəsmi nigahın əhəmiyyəti , evlilikdə yaşın fərqi , qaynana-gəlin münasibətləri, qadın sükan arxasında və bu kimi mövzulara toxunulur.


“Gülə-gülə düşünək” - bazar günü 12:10

Bu veriliş istirahət gününün əhval-ruhiyyəsinə köklənir və dinləyicilərə xoş bir ovqat bəxş etməyə çalışır. Veriliş boyu müxtəlif mövzular qoyulur. Klassik yumor inciləri-lətifələr, satirik şerlər, felyeton və hekayələr səsləndirilir.


“Eldən-obadan”- Həftənin cümə günü saat 20:15 də

Verilişdə Azərbaycanın rayonlarında yaşayan ağbirçək və ağsaqqal sinədəfər qocalarımız folklor nümunələri söyləyir, onların dilində bayatı və laylalar səsləndirilir. Mütəxəssislər bu verilişdə qədim musiqi alətlərinin tarixindən maraqlı məlumatlar danışır. Bötövlükdə veriliş folklorumuzu təbliğ edir.


“Radioalmanax” -həftədə 3 dəfə (I,III,V günlər) saat 12:10

“Radioalmanax” proqramı Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edir. Hər həftənin bazar ertəsi klassik söz ustadlarının həyat və yaradıcılığı haqqında alim və tədqiqatçıların söhbətləri səslənir. Həftənin çərşənbə günləri yazıçı və şairlər verilişin qonağı olurlar. XX əsrdə yaşayıb yaratmış Azərbaycan şair və yazıçıları haqqında portret verilişlər isə həftənin cümə günləri efirə gedir.


“Telli saz” - həftə içi 4 gün saat 20:15

Bu verilişdə klassik və müasir aşıqların ifaları səsləndirilir. Aşıq poeziyasının müxtəlif janrları barədə aşıqlarla və tədqiqatçılarla maraqlı söhbətlər aparılır. Unudulan, yaddan çıxan saz havalarına və el şairlərinin yaradıcılığına da müraciət edilir.


“Poeziya dəqiqələri” – Həftə içi hər gün saat 22:30

“Poeziya dəqiqələri”ndə klassik və müasir şairlərimizin lirik şeirləri və sözlərinə yazılmış mahnılar səsləndirilir. Nəbi Xəzri, Əli Kərim, Eldar Baxış, Famil Mehdi, İslam Səfərli, Şücaət və s. şairlərin lirik şerlərini və sözlərinə bəstələnən mahnıları “Poeziya dəqiqələri”nin gələn saylarında dinləyə bilərsiniz.



"Azərbaycan səhəri"
...



 

 

13 mart 2010

“Yeni gün”- 07. 00- 10.00

Aparıcı: Kazım Bağırov

Proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu və günün mənzərəsi təqdim ediləcək. Həmçinin “Hansı janrda yazılmış əsərlər sizdə daha çox maraq doğurur? Sonuncu dəfə hansı əsəri oxumusunuz? ” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.

“Nahara qədər” – 10.10 -12.00

Aparıcı: Vüsalə Asifqızı .


İki saat davam edən bu verilişdə İctimai Televiziyanın və Radionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar çatdırılacaq. Verilişdə dinləyici istəyi ilə mahnılar da təqdim ediləcək.

“Qorqud ata”- 12.10- 13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir. Verilişdə həmçinin Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından musiqisindən bəhs edən xüsusi proqramlar da səsləndirilir.


“Əyləncə saatı”- 13.10

Aparıcı: Şəfiqə Əfəndiyeva

Bu günkü verilişin şənbə qonağı tanınmış müğənni Nurlan Növrəsli Aygün Bəylər olacaq. Dinləyicilər veriliş boyu müğənninin canlı ifalarını və maraqlı söhbətlərini dinləmək imkanı əldə edəcək.

“ Muğam dünyası” – 14.10 -15.00


Bu günkü verilişdə Qoçaq Əsgərov və Arzu Əliyevanın müxtəlif ifaları səsləndiriləcək.

“Sport taym”- 15.10 – 15.30

Verilişin budəfəki buraxılışında “Boksçularımız Beynəlxalq arenada” mövzusu Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyevlə müzakirə ediləcək.


“Həmişə istirahətdə” -17.10 – 20.00

Aparıcı: Fəxriyyə İsayeva, Kamil Məhərrəmoğlu.

Verilişin bu günkü buraxılışında arzular, təbriklər səsləndiriləcək. Eyni zamanda dinləyicilərə əyləncəli məsələ və bir – birlərini axtaran insanların radiosəsləşməsi, “Erkən evlilik” mövzusu da təqdim ediləcək. “Ədəbi viktorina” bölümündə dinləyicilər təqdim olunan şeir parçaları əsasında şairin adını tapmağa cəhd edəcəklər.

“Günün sonu” -20.20- 24.00

Aparıcılar: Şakir Nadiroğlu, Samir İsmayılov.

Saat 24. 00- dək davam edən bu proqram ənənəvi olaraq aşıq musiqisiylə başlayacaq. “İstirahət günlərini necə keçirməyi xoşlayırsınız?” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq.
Poeziya həvəskarları bu gün Əliağa Kürçaylının şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.

14 mart 2010

“Nahara qədər” – 10.10 -12.00

Aparıcı: Zümrüd Rzayeva.

İki saat davam edən bu verilişdə İctimai Televiziyanın və Radionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar və məlumatlar çatdırılır. Bu günkü verilişin interaktiv sorğusu belədir: “İctimai Teleradioda şənbə və bazar günləri yayımlanan hansı verilişləri daha çox bəyənirsiniz? “
Həmçinin verilişdə dinləyici istəyi ilə musiqilər səsləndiriləcək.


“Qorqud ata” – 12 .10- 13.00

TRT-nin “Türkiyənin səsi”radiosunun Azərbaycan redaksiyasıyla İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından, musiqisindən bəhs edən xüsusi proqramlar səsləndirilir.


“Azərbaycan inciləri” -13.10- 16. 00

Aparıcı: Pərvanə Şammədova.

Bu proqramda müxtəlif xalq mahnıları təqdim edilir. Verilişdə dinləyicilərə muğam saatı və retro mahnıları da təqdim ediləcək.

5. “Poeziya dəqiqələri” – 16. 10.- 17.00

Aparıcı: Zümrüd Rzayeva.

Verilişin bu günkü buraxılışında dinləyicilər şair Səlim Babullaoğluyla efir vasitəsiylə canlı ünsiyyət qurmaq imkanı əldə edəcək, şairin öz dilində yeni yazdığı şeirləri eşidəcəklər.

“Həmişə istirahətdə”- 17.10- 20.00

Aparıcı: Fəxriyyə İsayeva.

Verilişin bu günkü buraxılışında maraqlı xəbərlər, məlumatlar çatdırılır, tanınmış müğənnilərin ifasında istirahət ovqatlı mahnılar, arzular, istəklər, təbriklər səsləndirilir və əyləncəli məsələ (məntiq yarışması) müzakirəyə çıxarılır. Eyni zamanda dinləyicilərə “kinoviktorina – bir –birlərini axtaran insanların radiosəsləşməsi” təqdim edilir.

“Günün sonu” -21.10- 24.00

Aparici: Şakir Nadiroğlu.

Üç saat davam edən proqramın ilk saatı aşıq musiqisiylə baçlayacaq. Bu saatda studiyanın qonağı tanınmış aşıq Həvəskar Nurəddinoğlu aparıcının suallarına cavab verəcək, aşığın müxtəlif ifaları səsləndiriləcək. Dinləyicilər qonağa onları maraqlandıran suallarla müraciət edə bilərlər.

15 mart 2010


“Yeni gün” - 08.00 – 10.00

Aparıcı: Şəfiqə Əfəndiyeva.

Üç saatlıq proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu və günün mənzərəsi təqdim ediləcək. Həmçinin interaktiv sorğu: “Ən çox hansı yanrda çəkilmiş kinofilmləri xoşlayırsınız: komediya, melodram, mistika, detektiv?” dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.

“Nahara qədər” – 10.10 -13.00

Aparıcı: Nərgiz Nəzərli


İki saat davam edən bu verilişdə İctimai Televiziyanın və Radionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar və mılumatlar çatdırılır. Bu günkü verilişin interaktiv sorğusu belədir “İTV-nin hazırladığı bayram proqramlarından hansını daha çox bəyənirsiniz?” Verilişdə həmçinin intellektual yarışma da keçirilir. On sualdan yeddisinə düzgün cavab verən dinləyici qalib gəlir. Veriliş boyu xalq mahnıları və dünya musiqisinin ən gözəl nümunələri səsləndirilir.

“Qorqud ata”- 12.10 -13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir.Verilişdə həmçinin Türkiyə və Azərbaycan tarixindən, ədəbiyyatından, musiqisindən, bəhs edən xüsusi proqramlar səsləndirilir.

Əyləncə vaxtı - 13. 10- 15.00

Aparıcı: Şəfiqə Əfəndiyeva.

Bu gün verilişdə milli estradanın top 10- luğu təqdim olunur. Mahnıların onluqdakı yeri dinləyicilərin səsləriylə müəyyənləşdirilir. Dinləyicilərə karaoke yarışması da təqdim ediləcək.

“İşgüzar zaman” – 15.10 - 18.00

Aparıcı: Xuraman Süleymanova, Hafiz Səfərov.

Verilişin bu günkü buraxılışında iqtisadiyyat, mədəniyyət və maraqlı dünya xəbərləri, valyuta məzənnələri, hava proqnozu və dünya mətbuatının manşetindəki ən maraqlı məlumatlar çatdırılacaq. “İslam dünyasının həmrəyliyi məsələsi” mövzusu siyasi şərhçi Aydın Musayev, ASD sədri Araz Əlizadə, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğluyla müzakirə ediləcək.

“Yol boyu” – 18.10- 20.00

Aparici: Kazım Bağırov.

Əsasən yolda olan dinləyicilər üçün nəzərdə tutulan bu veriliş boyu paytaxt yollarındakı tıxaclar haqqında məlumatlar çatdırılacaq.Bu verilişi dinləməklə sürücülər tıxaclardan yaxa qurtara və vaxtlarına qənaət edə bilərlər. Günün sorğusu isə belədir: “Sənətçilərin yol sərgüzəştləri?” Verilişdə yoldakıların arzu və istəkləri ilə mahnılar da səsləndiriləcək.


“Günün sonu”- 20.20 - 24.00

Aparıcılar: Dilqəm Şərifov və Qorxmaz Tofiqoğlu.

Saat 24- dək davam edən bu proqram ənənə üzrə yenə aşıq musiqisiylə başlayacaq. Günün interaktiv sorğusu belədir: “Başqasına həsəd aparan, paxıl insanlarla tez – tezmi rastlaşırsınız?” Poeziya dəqiqələrində Hüseyn Arifin şeirləri və sözlərinə yazılan mahnılar təqdim olunacaq.

 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2007 - İctimai Televiziya və Radio Yayımları Şirkəti / İctimai Radio - 90 FM

http://www.radio.itv.az
E-Məktub: radio@itv.az
Webmaster: admin@itv.az