Departamentlər:
 

Maarifçilik verilişləri departamenti:

 


“Elm korifeylərimiz” - Bazar ertəsi saat 18:10

Anonsu dinləyin:


“Elm korifeylərimiz” verilişində Azərbaycanın məşhur alimlərindən bəhs olunur. 2006-cı ilin aprelindən həftədə bir dəfə efirə çıxan bu verilişdə elmin müxtəlif sahələrində çalışmış və dünyadan köçmüş, eləcə də müasir dövrdə yaşayan qocaman alimlərimizin həyatı və elmi fəaliyyətinə dair maraqlı məlumatlar öz əksini tapır. İndiyədək 40-dan çox məşhur alimin elm aləminə gətirdiyi yeniliklərlə bağlı veriliş hazırlanıb. Bu verilişlərdə görkəmli alimlərin mənəvi dünyaları, şəxsiyyətləri barədə dinləyicilərə geniş məlumat verilib.
Öz fundamental nəzəriyyələri ilə dünya şöhrəti qazanmış professor Lütfi Zadə, akademiklərdən Yusif Məmmədəliyev, Zahid Xəlilov, Murtuza Nağıyev, Məmməd Arif Dadaşzadə, Mustafa Topçubaşov, məşhur şərqşünas alim Mirzə Kazımbəy və başqalarına həsr olunmuş verilişlər dinləyicilərə təqdim olunub.


“Qarabağnamə” - şənbə günü saat 21:10

Anonsu dinləyin:


Elm – Təhsil, Gənclik və İdman Departamentində hazırlanan “Qarabağnamə” verilişi efirə həftədə bir dəfə çıxır. Bu verilişdə ermənilər tərəfindən işğal edilən Qarabağın tarixi , orada dünyaya gələn məşhur tarixi şəxsiyyətlər, incəsənət xadimləri, musiqiçilər barədə geniş məlumat verilir. Ermənilər tərəfindən dağıdılan maddi –mədəniyyət abidələri və Qarabağla bağlı digər məsələlər haqqında söhbət açılır. Qarabağın, ümumiyyətlə, Azərbaycanın tarixi ilə məşğul olan məşhur tarixçilər , ziyalılar verilişdə çıxış edirlər.


«Vətən tarixi» - Cümə axşamı 17:10

Anonsu dinləyin:


Veriliş Azərbaycan tarixinin ayrı-ayrı səhifələrini, ölkənin və xalqın taleyində mühüm rol oynayan hadisələri işıqlandırır. Tariximizin müxtəlif dövrləri, Azərbaycanın qədim dövlətləri, milli etnogenezin formalaşması, Xürrəmilər hərəkatı, Atabaylər dövləti, Səfəvilər dövlətinin yaranması və inkişafı, Xalq qəhrəmanı Koroğlu, Qarabağ, Quba, Şəki, Gəncə, İrəvan xanlıqları, Gülüstan və Türkmənçay müqavilələri ilə bağlı verilişlər efirə gedib. Verilişə tanınmış tədqiqatçılar, alimlər dəvət olunur.


“Sport-Taym” - bazar günü saat 19: 10

Anonsu dinləyin:


Verilişin məqsədi Azərbaycan idmanının inkişafını təbliğ etmək , Azərbaycanın bayrağını beynəlxalq arenada zirvələrə yüksəldən idmançıları İctimai Radionun dinləyicilərinə tanıtmaqdır.
Həftədə 1 dəfə efirə çıxan Sport taym verilişində indiyədək ölkəmizin tanınmış idman mütəxəssisləri və idmançılar iştirak edib.


“Sükanı belə saxla” - Çərşənbə günü saat 18:10

Anonsu dinləyin:


“Sükanı belə saxla” bütün dinləyicilər, xüsusən də sükan arxasında əyləşənlər üçün intellektual yarışmadır. Verilişdə 3 seçim sualı səsləndirilir. SMS suallarını ən tez cavablandıran dinləyicilərlə telefon vasitəsiylə canlı bağlantı qurulur.
Hər dinləyiciyə ayrılıqda 1 sual verilir. Sualı cavablandıran dinləyici 30 manata qədər pul mükafatı qazanır. Hər -3- iştirakçı ayrılıqda 1 rəqəm söyləyir. Nömrə nişanı həmin rəqəmlərə uyğun gələn avtomobilin sahibi 2 hədiyyə kuponu əldə edir.
Verilişdə avtomobillərlə və yol hərəkəti ilə bağlı yeniliklər və maraqlı məlumatlar da səsləndirilir.


“5 SUALA - 5 CAVAB” - şənbə günü saat 16:10

Anonsu dinləyin:


“5 suala - 5 cavab” Azərbaycanın tarixi , coğrafiyası , mədəniyyəti , incəsənəti ilə bağlı intellektual yarışmadır. Verilişdə 1 SMS sualı səsləndirilir. SMS sualını ən tez cavablandıran 3 dinləyici verilişdə telefon vasitəsiylə yarışmaya qoşulur.
Hər dinləyiciyə Azərbaycanın tarixinə, mədəniyyətinə, coğrafiyasına, ərazisinə aid 5 sual verilir. 1 sualı cavablandıra bilməyən dinləyici oyunu tərk edir, onu 2-ci iştirakçı əvəz edir. Sualların hamısını cavablandıran dinləyici iki 2 hədiyyəyə sahib olur.


“Şanslı ailə” - bazar günü saat 16:10

Anonsu dinləyin:


“Şanslı ailə” intellektual maarifləndirici yarışmadır.
Verilişdə 2 SMS sualı səsləndirilir. SMS suallarını ən tez cavablandıran 2 ailə verilişdə iştirak edir. Yarışma 3 turdan ibarətdir. İki iştirakçı eyni vaxtda telefon xəttinə qoşulur.
I və II turda hər iki iştirakçıya ayrı-ayrılıqda 1 sual verilir. Hansı iştirakçı iki turda ən çox sualı cavablandırsa III tura keçir və hədiyyə kuponu qazanır.


“Salam Əsgər” - şənbə günü saat 17:10

Anonsu dinləyin:


Verilişin məqsədi gənclərə hərbi-vətənpərvərlik ruhu aşılamaq, xidməti borcunu yerinə yetirən əsgərlərimizin istək və salamlarını səsləndirməkdir.
Əsgər valideynlərinin mesajlarına müvafiq olaraq musiqilər səsləndirilir, arzu etdikləri qonaq (müğənni, şair, hərbiçi, idmançı və s.) verilişə dəvət edilir. Əsgərlərə imkan daxilində ailə üzvləri ilə efirdə danışmaq üçün imkan yaradılır.
Dinləyicilərə “Generallar”, “Milli qəhrəmanlar”, “Dünya hərb tarixi”, “Əsgər məktubu”, “Əsgər gündəliyi” kimi rubrikalar təqdim edilir.


“Etiraf” - ayda iki dəfə cümə axşamı saat 21:10

Anonsu dinləyin:


Veriliş boyu azadlıqdan məhkum olmuş insanların etirafları, ürək sözləri, arzu və istəkləri dinlənilir. Bununla da cəmiyyətdən ayrı düşmüş insanları cəmiyyətə yaxınlaşdırmaq və bu yolla cəza müddətləri başa çatdıqdan sonra onların sağlam cəmiyyətə sağlam düşüncə ilə qayıtmasına yardımçı olmaq verilişin əsas məqsədidir.


Futbol həyəcanı

Anonsu dinləyin:

...

 

 
21 may 2011

“Yeni gün”- 08. 00- 12.00
Aparıcı: Pərvanə Şammədova


Proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, faydalı məsləhətlər, hava proqnozu, səhər xəbərləri və bölgələrdə nə var, nə yox? (müxbirlərimizlə canlı bağlantı) təqdim ediləcək. “Geyim mədəniyyəti” mövzusudinləyicilərlə müzakirə ediləcək. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.


“Qorqud ata”- 12.10- 13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir. Verilişdə həmçinin Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından musiqisindən bəhs edən xüsusi proqramlar da səsləndirilir.


“Əyləncə saatı” - 13.10- 16:00
Aparıcı: Günel Mustafayeva


Bu verilişdə siz şou-biznes və mədəniyyət xəbərləriylə tanış olacaq, həftənin ən çox sevilən filmləri barədə məlumat əldə edə biləcəksiniz. Britaniya musiqisi səsləndiriləcək.

Xəbərdar 16: 10 – 20:00
Aparıcılar:Dilqəm Şərifov, Mehman Bağırov, Məhəbbət Hacıyeva

Bu proqramı dinləyən dinləyicilər iqtisadiyyat və birja xəbərlərindən, türk dünyasındakı xəbərlərdən və mahnılardan, “Yoldakılar” bölümündə yolardakı vəziyyət və tıxaclarla bağlı məlumatlardan xəbərdar olacaqlar. Dinləyicilərə muğam və təsniflərdən ibarət radiokonsert təqdim edilir.Həmçinin dinləyicilər bu proqramda “Sport taym”, “Salam əsgər” və “Radio afişa” bölümlərində maraqlı mövzular dinləmək imkanı əldə edəcəklər.
“Aykido üzrə beynəlxalq seminar” mövzusu Azərbaycan Aykido Federasiyasının Prezidenti Fərhad Ələsgərovla müzakirə ediləcək.

“Axşam oldu” -20.20- 24.00

Aparıcılar: Samir İsmayılov.

Saat 24. 00- dək davam edən bu proqramda dinləyicilərə milli musiqilərimizdən nümunələr, “Azərbaycan nağılları” və “Ozan məclisi” təqdim ediləcək.

22 may 2011

 

“İstək saatı” – 10.10 -12.00
Aparıcı: Zümrüd Rzayeva

İki saat davam edən bu verilişin birinci saatında dinləyici istəyi ilə mahnılar səsləndiriləcək, ikinci saatda dinləyicilərin arzuladığı müğənnilər studiyaya dəvət edilərək canlı ifalar səsləndirilir.

“Qorqud ata” – 12 .10- 13.00

TRT-nin “Türkiyənin səsi”radiosunun Azərbaycan redaksiyasıyla İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından, musiqisindən bəhs edən xüsusi proqramlar səsləndirilir.


“Həftə xit paradı” -13.10- 16. 00
Aparıcı: Kazım Bağırov.

Bu proqramda dinləyicilərə ən çox sevilən və ifa edilən mahnılar təqdim ediləcək.

“Həmişə istirahətdə” – 16. 10.- 20.00

Aparıcı: Fəxriyyə İsayeva.

Verilişin bu günkü buraxılışında dinləyicilərə Azərbaycan inciləri- bir muğam, bir mahnı, bir şeir, Qadın dünyası və qonaq otağı bölümləri təqdim ediləcək.
“Sağlam ailə hansı təməl üzərində qurulur?” mövzusu dinləyicilərlə müzakirə ediləcək.

“Günün sonu” -28.10- 24.00
Aparıcı: Şkir Nadiroğlu, Samir İsmayılov.

Üç saat davam edən proqramın ilk saatı aşıq musiqisiylə baçlayacaq. “Başa çatmaqda olan həfə sizin üçün nə ilə yadda qaldı?” interaktiv sorğusu təqdim edilir.

23 may 2011

 

“Yeni gün” - 08.00 – 12.00
Aparıcı: Nərgiz Nəzərli.

Üç saatlıq proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu , bölgələrdə nə var, nə yox (müxbirlərimizlə canlı telefon bağlantısı) Həmçinin interaktiv sorğu: “Səhər əhval-ruhiyyənizi yüksəltmək üçün nə edirsiz? Gününüzün yaxşı keçməsi nədən asılıdır? (eşitdiyiniz xoş xəbərdən, gördüyünüz yaxşı yuxudan, bir kəlmə xoş sözdən, mehriban bir baxışdan və s.) “ interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.


“Qorqud ata”- 12.10 -13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir.Verilişdə həmçinin Türkiyə və Azərbaycan tarixindən, ədəbiyyatından, musiqisindən, bəhs edən xüsusi proqramlar səsləndirilir.

Əyləncə vaxtı - 13. 10- 15.00
Aparıcı: Kazım Bağırov

Bu gün verilişdə dinləyicilərə şou-biznes və mədəniyyət xəbərləri, təqdim ediləcək. .

“Xəbərdar” – 16.10 - 18.00
Aparıcı: Sevinc Cəfərova.

Verilişin bu günkü buraxılışında iqtisadiyyat, mədəniyyət və valyuta məzənnələri, birja xəbərləri, hava proqnozu və dünya mətbuatının manşetindəki ən maraqlı məlumatlar çatdırılacaq. “Həkim məsləhəti”, “Qanundankənar”, “Yoldakılar”, “Radioafişa” və muğam və təsniflərdən ibarət radiokonsert təqdim ediləcək. “Psixoloqla söhbət. Pis münasibətlərin psixoloji təhlükəsi?” mövzusu psixoloq Cəmilə Kamalovayla müzakirə ediləcək. “Sürəti sevirsiniz? Avtomobili hansı sürətlə idarə edirsiz? Sürət həddinə əməl edirsizmi?” mövzusuna isə dinləyicilər canlı telefon vasitəsiylə aydınlıq gətirməyə çalışacaqlar.


“Axşam oldu”- 20.20 - 24.00
Aparıcılar: Samir İsmayılov, Qorxmaz Tofiqoğlu.

Saat 24- dək davam edən bu proqram ənənə üzrə yenə aşıq musiqisiylə başlayacaq. “Azərbaycan nağılları”nın radioversiyası, poeziya dəqiqələrində isə Famil Mehdinin şeirləri və sözlərinə yazılan mahnılar təqdim ediləcək.



 


















Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2007 - İctimai Televiziya və Radio Yayımları Şirkəti / İctimai Radio - 90 FM

http://www.radio.itv.az
E-Məktub: radio@itv.az
Webmaster: admin@itv.az