İctimai Radio - 90 FM
 
 

İctimai Radio 2006-cı il yanvarın 10-da Müqəddəs Qurban bayramı günü yayımlanmağa başlayıb. Bu münasibətlə İctimai Televiziya və Radio Yayımları Şirkətində təntənəli mərasim düzənlənib. Tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, İctimai Televiziya və Radionun Yayım Şurasının sədri Cahangir Məmmədli, millət vəkili Sabir Rüstəmxanlı, bəstəkar Faiq Sücəddinov, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu çıxış edərək İctimai Radioya gələcək fəaliyyətində uğurlar arzulayıblar. İTRYŞ-nın baş direktoru İsmayıl Ömərov çıxışında İctimai Televiziya kimi radionun da öz verilişləri ilə dinləyicilərin rəğbətini qazanacağına əmin olduğunu söyləyib: “Biz televiziyanı çox qısa müddət ərzində qurduq, amma radio üçün kifayət qədər fikirləşməyə, düşünüb-daşınmağa vaxtımız oldu. Ona görə də, inanıram ki, İctimai Radio öz verilişləri ilə cəmiyyətdə böyük rəğbət qazanacaq”-deyə İ.Ömərov bildirib.

 

 

 

 

 

 

12 mart 2010

Hüseyn Cavid poeziya günü


“Yeni Gün”- 07. 00 – 10.00.

Aparıcı: Şəfiqə Əfəndiyeva.

Üç saat davam edən proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu və günün mənzərəsi təqdim ediləcək. Həmçinin günün interaktiv sorğusu “Poeziyanı sevirsinizmi? Ən çox sevdiyiniz şeirlər və şairlər?” dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət ediləcək.

“Nahara qədər” – 10.10- 12.00

Aparıcı: Nərgiz Nəzərli, İmir Məmmədli.

İki saat davam edən bu verilişdə İctimai teleradionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar və məlumatlar çatdırılır. Verilişdə həmçinin intellektual yarışma da keçirilir. Veriliş boyu xalq mahnıları və dünya musiqisinin ən gözəl nümunələri səsləndirilir.
“Sözümüz özümüz” rubrikasında arxaik sözlərimiz, amonim, sinonim sözlərimiz barədə müzakirə dinləyicilərin ixtiyarına veriləcək.
“Qorqud ata”- 12.00 – 13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycanın gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim edilir. Verilişdə həmçinin Türkiyə və Azərbaycanın tarixindən, ədəbiyyatından, musiqisindən bəhs edən xüsusi proqramlar səsləndirilir.

“Qan yaddaşı”- 13.10- 15.00

Aparıcı: Şəfiqə Əfəndiyeva
Verilişdə dinləyicilərə dünya musiqi aləmindən ən son yeniliklər çatdırılacaq, nümunələr səsləndiriləcək.

“İşgüzar zaman” – 15.10 - 18.00

Aparıcı: Sevinc Cəfərova.

Verilişin bu günkü buraxılışında dinləyicilərə musiqi yarışması, iqtisadiyyat, mədəniyyət, hava proqnozu təqdim ediləcək, Faiq Ağayev studiyanın qonağı olacaq. “İranın nüvə dosyesi” mövzusu siyasi şərhçi Aydın Musayev və telefon xəttində Rasim Musabəyovla müzakirə ediləcək.

“Yol boyu” – 18.10- 20.00

Aparıcı: Kazım Bağırov.

Əsasən yolda olan dinləyicilər üçün nəzərdə tutulan bu veriliş boyu paytaxt yollarındakı tıxaclar haqqında məlumatlar çatdırılacaq. Bu verilişi dinləməklə sürücülər tıxaclardan yaxa qurtara və vaxtlarına qənaət edə biləcəklər. Verilişdə dinləyicilərin istəyi ilə “Radiokonsert” təqdim ediləcək.

“Günün sonu”- 20.20 - 24.00

Aparıcılar: Dilqəm Şərifov və Qorxmaz Tofiqoğlu.

Saat 24- dək davam edən bu proqram ən - ənə üzrə aşıq musiqisiylə başlayacaq. Verilişdə “Gənclərimiz böyüklərə nə dərəcədə hörmət edirlər?” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq.
Proqramın son saatında poeziya həvəskarları Hüseyn Cavidin şeirlərini və sözlərinə yazılan musiqiləri dinləyəcəklər.

 

Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 



   


© 2007 - İctimai Televiziya və Radio Yayımları Şirkəti / İctimai Radio - 90 FM

http://www.radio.itv.az
E-Məktub: radio@itv.az
Webmaster: admin@itv.az