Həftəlik proqram:

İctimai Televiziya və Radio Yayımları Şirkətinin həftəlik proqramı
İctimai Radio - FM 90

 

8 FEVRAL
Bazar ertəsi

06:00 Azərbaycan səhəri
Format: Azərbaycanı vəsf edən şeirlər və mahnılar
07:00 Yeni gün
Aparıcı: Şəfiqə Əfəndiyeva
İnteraktiv sorğu: Özünüzü şanslı insan hesab edirsinizmi?
09:00; 10:00; 11:00; 12:00; 13:00; 14:00; 15:00; 16:00; 17:00; 18:00; 19:00; 20:00; 21:10 Xəbər vaxtı
09:10 Yeni gün (davamı)
10:10 Nahara qədər
Aparıcı: Nərgiz Nəzərli
İnteraktiv sorğu: “İstanbuldan salamlar” verilişində hansı
türk ulduzlarını görmək istərdiniz?
12:00 Qorqud Ata
13:10 Əyləncə saatı
Aparıcı: Şəfiqə Əfəndiyeva
Milli estrada top 10
Karaoke yarışması
15:10 İşgüzar zaman
Aparıcı: Sevinc Cəfərova
Musiqi yarışması
İnteraktiv sorğu: Bank kreditləri. Kredit almaq istərdinizmi?
Qonaq: Banklardan birinin nümayəndəsi
Mövzu: Nabukko - Xəzər regionundan təbii qazın Avropaya nəqli üçün yeni imkanlar
Qonaq: Azərbaycan Diplomatik Akademiyasının müəllimi
Elnur Soltanov və telefon xəttində ekspert Rüstəm Məmmədov
18:10 Yol boyu
Aparıcı: Kazım Bağırov
İnteraktiv sorğu: Avtomobil yarışları. Formula 1,
Parij –Dakar avtomobil rallisini izləyirsinizmi?
20:20 Günün sonu
Aparıcılar: Qorxmaz Tofiqoğlu, Dilqəm Şərifov
Dinləyici istəyi ilə aşıq havaları
İnteraktiv sorgu: Telefon sizin gündəlik həyatınızda nə kimi
rol oynayır?
Poeziya: Şah İsmayıl Xətainin şeirləri və sözlərinə yazılan mahnılar
00:00 Gecənin aydınlığı
Aparıcı: Sənan Babayev
Format: Musiqi viktorinası; fanat yarışması; dinləyici istəyilə mahnılar

9 FEVRAL
Çərşənbə axşamı

06:00 Azərbaycan səhəri
Format: Azərbaycanı vəsf edən şeirlər və mahnılar
07:00 Yeni gün
Aparıcı: Fəxriyyə İsayeva
İnteraktiv sorğu: Yuxudan tez, yaxud gec durmağınızın səbəbi nədir?
09:00; 10:00; 11:00; 12:00; 13:00; 14:00; 15:00; 16:00; 17:00; 18:00; 19:00; 20:00; 21:10 Xəbər vaxtı
09:10 Yeni gün (davamı)
10:10 Nahara qədər
Aparıcı: Vüsalə Asifqızı
İnteraktiv sorğu: İctimai televiziyada səbrsizliklə gözlədiyiniz
veriliş?
12:00 Qorqud Ata
13:10 Əyləncə saatı
Aparıcı: Şəfiqə Əfəndiyeva
Türk estradası TOP 10
Evrovizionun tarixçəsi. Evrovizion xəbərləri
15:10 İşgüzar zaman
Aparıcı: Xuraman Süleymanlı
Nobel mükafatı laureatlari. 2006-cı il tibb və fiziologiya üzrə
Nobel mukafatçıları
Dünya mətbuatı nədən yazır?
İnteraktiv sorğu: İş axtararkən ixtisasınıza və ya peşənizə uyğun
seçim edirsiz, yoxsa fikirləşirsiz ki, nə iş olursa-olsun?
Mövzu: Məktəbdənkənar təlim-tərbiyə
Qonaq: Təhsil nazirliyinin şöbə müdiri Ağababa İbrahimov
18:10 Yol boyu
Aparıcı: Kazım Bağırov
İnteraktiv sorğu: Avtomobil sürməyi necə öyrənmisiniz?
20:20 Ğünün sonu
Aparıcılar: Şakir Qurbanov, Samir İsmayılov
Qonaq: Aşıq Aytəkin Qəmbərqızı
Mövzu: Güzəştə getməyi bacarırsınızmı? Sizcə insan hansı
hallarda güzəştə getməlidir?
Poeziya: Ramiz Rövşənin şerləri və sözlərinə yazılan mahnılar
00:00 Gecənin aydınlığı
Aparıcı: Sənan Babayev
Format: musiiqi viktorinası; fanat yarışması; dinləyici istəyilə mahnılar

10 FEVRAL
Çərşənbə

06:00 Azərbaycan səhəri
Format: Azərbaycanı vəsf edən şeirilər və mahnılar
07:00 Yeni gün
Aparıcı: Kazım Bağırov
İnteraktiv sorğu: Yuxunun sağlamlığa təsiri. Gün ərzində neçə
saat yatırsınız?
09:00; 10:00; 11:00; 12:00; 13:00; 14:00; 15:00; 16:00; 17:00; 18:00; 19:00; 20:00; 21:10 Xəbər vaxtı
09:10 Yeni gün (davamı)
10:10 Nahara qədər
Aparıcı: Nərgiz Nəzərli
İnteraktiv sorgu: “Bioaləm” verilişində hansı problemlərin müzakirə
olunmasını təklif edərdiniz?
12:00 Qorqud Ata
Azərbaycandan dünyaya baxiş
Mövzu: Xocalıya ədalət kampaniyası davam edir
Qonaq: İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi
Elşad İskəndərov və millət vəkili Həvva Məmmədova
13:10 Əyləncə saatı
Aparıcı: Şəfiqə Əfəndiyeva
Yaxşıların yaxşısı-top 10
Tapmaca. Əyləncəli yarışma
15:10 İşgüzar zaman
Aparıcı: Sevinc Cəfərova
İnteraktiv sorğu: İnternetlə ticarət. İnternet vasitəsilə nəsə almısınzmı?
18:10 Yol boyu
Aparıcı: Kazım Bağırov
İnteraktiv sorgu: Avtomobili qəza törətmədən, qayda-qanunu
pozmadan idarə etmək mümkündürmü?
20:20 Günün sonu
Aparıcılar: Qorxmaz Tofiqoğlu, Dilqəm Şərifov
Mövzu: Saz havaları
Qonaq: Azər Xanlaroğlu
İnteraktiv sorgu: Sizcə, uşaqların tərbiyəsində əsas məsuliyyət
ailənin, yoxsa məktəbin üzərinə düşür?
Poeziya: Şəhriyarın şeirləri və sözlərinə yazılan mahnılar
00:00 Gecənin aydınlığı
Aparıcı: Ramil Quliyev
Format: Azərbaycan, Avropa və dünya futbolundan ən son
xəbərlər; dinləyici istəyilə mahnılar

11 FEVRAL
Cümə axşamı

06:00 Azərbaycan səhəri
Format: Azərbaycanı vəsf edən şeirlər və mahnılar
07:00 Yeni gün
Aparıcı: Fəxriyyə İsayeva
İnteraktiv sorğu: Səyahət etməyi xoşlayırsızmi? Haralarda olmusuz?
09:00; 10:00; 11:00; 12:00; 13:00; 14:00; 15:00; 16:00; 17:00; 18:00; 19:00; 20:00; 21:10 Xəbər vaxtı
09:10 Yeni gün (davamı)
10:10 Nahara qədər
Aparıcı: Vüsalə Asifqızı, Kamil Məhərrəmoğlu
İnteraktiv sorğu: Sağlamlıqla bağlı Tv verilişlərindən
yetərincə faydalana bilirsinizmi?
Mövzu: Nəriman Nərimanovun dram əsərləri
12:00 Qorqud Ata
13:10 Əyləncə saatı
Aparıcı: Şəfiqə Əfəndiyeva
Sevilən duetlər
Yanlış –doğru yarışması
15:10 İşgüzar zaman
Aparıcı: Xuraman Süleymanova
Dünya mətbuatı nədən yazır?
Ən böyük kəşflər: Elektrik cərəyanının kəşfi
Mövzu: Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi
xadimlərindən olan Qarabəy Qarabəylinin ictimai-siyasi fəaliyyəti
Qonaq: Tarixçi alim Altay Göyüşov
İnteraktiv sorğu: İş gününüz bitdikdən sonra öz-özünüzə hesabat verirsinizmi ki, bu gün mən nə etdim?
18:10 Yol boyu
Aparıcı: Kazım Bağırov
Mövzu: Avtomobilinizi sürməyi kiməsə etibar edirsinizmi?
20:20 Günün sonu
Aparıcılar: Şakir Nadiroğlu, Samir İsmayılov
Qonaq: Aşıq Qərib İncəli və ya aşıq Şaiq
İnteraktiv sorgu: Sayanın quluyam, saymayanın ağası (Azərbaycan atalar sözü). Siz bu atalar sözünə nə dərəcədə əməl edirsiz?
Poeziya: Şekspirin sonetləri
00:00 Gecənin aydınlığı
Aparıcı: Sənan Babayev
Format: Musiqi viktorinası; fanat yarışması; dinləyici istəyilə mahnılar

12 FEVRAL
Cümə

Molla Vəli Vidadi poeziya günü

06:00 Azərbaycan səhəri
Format: Azərbaycanı vəsf edən şeirlər və mahnılar
07:00 Yeni gün
Aparıcı: Şəfiqə Əfəndiyeva
İnteraktiv sorgu: Peşə seçimi. Seçdiyiniz peşədən razısınızmı?
09:00; 10:00; 11:00; 12:00; 13:00; 14:00; 15:00; 16:00; 17:00; 18:00; 19:00; 20:00; 21:10 Xəbər vaxtı
09:10 Yeni gün (davamı)
10:10 Nahara qədər
Aparıcı: Nərgiz Nəzərli
İnteraktiv sorgu: İctimai Tv və radio verilişlərinin anonsları
İntellektual yarişma
12:00 Qorqud Ata
13:10 Əyləncə saatı
Aparıcı: Şəfiqə Əfəndiyeva
Kino musiqisi
Musiqi aləmindən ən son yeniliklər
15:10 İşgüzar zaman
Aparıcı: Sevinc Cəfərova
Musiqi yarışması
İnteraktiv sorğu: Tibbi sığorta haqqında nə bilirsiz?
Mövzu: Ermənistanda böhran dərinləşir
Qonaq: Politoloq Həsən Bayramoğlu ,QHT-rəhbəri Məhərrəm
Zülfüqarlı və telefon xəttində Rüstəm Məmmədov
18:10 Yol boyu
Aparıcı: Kazım Bağırov
Qonaq: Xatirə İslam
20:20 Günün sonu
Aparıcılar: Qorxmaz Tofiqoğlu, Dilqəm Şərifov
Qonaq: Aşıq Zülfiyyə, aşıq İlham Astanbəyli
İnteraktiv sorgu: Ötən illərin hansı məşhur musiqi
qruplarını xatırlayırsız?
Poeziya: Molla Vəli Vidadinin şerləri və sözlərinə yazılan mahnılar
00:00 Gecənin aydınlığı
Aparıcı: Sənan Babayev
Format: Musiqi viktorinası; fanat yarışması; dinləyici istəyilə mahnılar

13 FEVRAL
Şənbə

06:00 Azərbaycan səhəri
Format: Azərbaycanı vəsf edən şeirlər və mahnılar
07:00 Yeni gün
Aparıcı: Kazım Bağırov
İnteraktiv sorğu: Mobil telefona bir ayda nə qədər pul sərf edirsiz?
09:00; 10:00; 11:00; 12:00; 13:00; 14:00; 15:00; 16:00; 17:00; 18:00; 19:00; 20:00 Xəbər vaxtı
09:10 Yeni gün (davamı)
10:10 Nahara qədər
Aparıcı: Vüsalə Asifqızı
Teleradio verilişlərinin anonsları
12:00 Qorqud Ata
13:10 Əyləncə saatı
Aparıcı: Şəfiqə Əfəndiyeva
Qonaq:
14:10 Muğam dünyası
İfalar: Alim Qasımov, Fərqanə Qasımova, Zabit Nəbizadə, Məhərrəm Həsənov, Aytən Məhərrəmova
15:10 Sport taym
Mövzu: Milli parolimpiyaçılarımız beynəlxlaq yarışlarda
Qonaq: Azərbaycan Milli Parolimpiya Komitəsinin vitse-prezidenti
Ziyadxan Kərimov
15:30 Salam əsgər
Aparıcı: Dilqəm Şərifov
İnteraktiv sorğu: Milli qəhrəmanlarımızdan kimləri tanıyırsınız?
7:10 Həmişə istirahətdə
Aparıcı: Fəxriyyə İsayeva, Kamil Məhərrəmoğlu
İnteraktiv sorğu: Ailə sirri. Ev bizim, sirr bizim prinsipinə necə
əməl edirsiniz?
Əyləncəli məsələ
Ədəbiyyat viktorinası
20:20 Günün sonu
Aparıcı:Şakir Nadiroğlu, Samir İsmayılov
El havaları
Mövzu: Müxtəlif rəqslər və instrumental musiqi
Mövzu: Dad yarımçıq əlindən.Yarımçıq insanlardan dad çəkdiyiniz vaxtlar olubmu?
00:00 Gecənin aydınlığı
Aparıcı: Ramil Quliyev
Format: Azərbaycan, Avropa və dünya futbolundan ən son xəbərlər;

14 FEVRAL
Bazar

06:00 Azərbaycan səhəri
Format: Azərbaycanı vəsf edən şeirlər və mahnılar
08:00 Səhər sovqati (Tv)
10:00; 11:00; 12:00; 13:00; 14:00; 15:00; 16:00; 17:00;
18:00; 19:00 Xəbər vaxtı
10:10 Nahara qədər
Aparıcı: Zümrüd Rzayeva
İnteraktiv sorğu: İTV-də və radioda istirahət günləri yayımlanan
hansı verilişləri daha çox bəyənirsiniz?
Dinləyici istəyi ilə mahnılar
12:00 Qorqud Ata
13:10 Azərbaycan inciləri
Aparıcı: Pərvanə Şəmmədova
Xalq mahnıları
Qonaq: Vüsalə Musayeva və ya Arzu Əliyeva
Muğam saatı
Retro mahnılar (Məmmədbağır Bağırzadə)
Qonaq: Şairə Zivər Ağayeva
16:10 Poeziya dəqiqələri
Aparıcı: Zümrüd Rzayeva
Qonaq: Vahid Əziz
17:10 Həmişə istirahətdə
Aparıcı: Fəxriyyə İsayeva
İntelektual -əyləncəli yarışma
Kino-viktorina
Bir-birini axtaran insanların radiosəsləşməsi
20:00 Yekun (TV)
21:00 Günün sonu
Aparıc: Qorxmaz Tofiqoğlu
Mövzu: Səməd Vurğun və aşıq sənəti
Qonaq: Ədalət Nəsibov, Aşıq Cahangir
SMS ekspress
00:00 Gecənin aydınlığı
Aparıcı: Ramil Quliyev
Format: Azərbaycan, Avropa və dünya futbolundan ən son
xəbərlər; dinləyici istəyilə mahnılar


 


 

 

 



© 2007 - İctimai Televiziya və Radio Yayımları Şirkəti / İctimai Radio - 90 FM

http://www.radio.itv.az
E-Məktub: radio@itv.az
Webmaster: admin@itv.az

09 fevral 2010

“Yeni gün” - 07. 00 – 10.00

Aparıcı: Fəxriyyə İsayeva.


Üç saatlıq proqram boyu ötən günün ən mühüm xəbərləri, iqtisadiyyat, mədəniyyət və idman aləmində baş verən yeniliklər, maraqlı məlumatlar, hava proqnozu və günün mənzərəsi təqdim ediləcək. Eyni zamanda “Yuxudan tez, yaxud gec durmağınızın səbəbi nədir?” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq. Bütün bu xəbərlər və müzakirələr çox sevilən ifalarla, ən yeni mahnılarla müşayiət olunacaq.

“Nahara qədər” – 10.10 – 12. 00

Aparıcı: Vüsalə Asifqızı.

Bu günkü verilişdə İctimai Televiziya və Radionun gün ərzində yayımlanan verilişləri haqqında əhatəli anonslar və məlumatlar çatdırılacaq. Verilişdə ”İctimai televiziyada səbrsizliklə gözlədiyiniz hansı verilişdir?” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq. Verilişdə dinləyici istəyi ilə xalq mahnıları sələndiriləcək.

“Qorqud ata”- 12.00 – 13.00

TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi redaksiyası ilə İctimai Radionun birgə layihəsi olan bu proqramda Türkiyə və Azərbaycan gündəmində olan ən aktual məsələlər müzakirəyə çıxarılır, türk dünyasından xəbərlər təqdim olunur.Verilişdə həmçinin Türkiyə və Azərbaycan tarixindən, ədəbiyyatından, musiqisindən bəhs edən xüsusi proqramlar səsləndirilir.


“Əyləncə saatı”- 13.10 – 15.00

Aparıcı: Şəfiqə Əfəndiyeva
Bu günkü verilişdə türk estradasının top onluğu barədə danışılacaq. Müğənnilərin onluqdakı yeri dinləyicilərin səsləriylə müəyyənləşəcək. Dinləyicilərə evrovizionun tarixi barədə maraqlı məlumatlar və xəbərlər çatdırılacaq.



“İşgüzar zaman” – 15.10 - 18.00

Aparıcı: Xuraman Süleymanlı.


Verilişin bu günkü buraxılışında Nobel mükafatı laureatları haqda silsilsilə söhbətlər davam etdiriləcək, dünyanin aparıcı qəzetlərinin manşetlərindəki aktual yazılar haqqında məlumatlar çatdırılacaq. “İş axtararkən ixtisasınıza uyğun seçim edirsiz, yoxsa fikirləşirsiz ki, nə olur olsun, təki iş olsun?” interaktiv sorğusu dinləyicilərin müzakirəsinə çıxarılacaq.
Verilişdə “Məktəbdən kənar təlim – tərbiyə” mövzusu Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimovla müzakirə ediləcək.

“Yol boyu” – 18.10- 20.00

Aparıcı: Kazım Bağırov.

Əsasən yolda olan dinləyicilər üçün nəzərdə tutulan bu veriliş boyu paytaxt yollarındakı tıxaclar haqqında məlumatlar çatdırılacaq. Bu verilişi dinləməklə sürücülər tıxaclardan yaxa qurtara və vaxtlarına qənaət edə bilərlər. Günün sorğusu isə belədir: “Avtomobil sürməyi necə öyrənmisiniz?”. Verilişdə yoldakıların istəyi ilə müxtəlif mahnılar da səsləndiriləcək.


“Günün sonu”- 20.20 - 24.00

Aparıcılar: Şakir Nadiroğlu, Samir İsmayılov

Saat 24-00 –dək davam edən bu proqram ən- ənə üzrə yenə aşıq musiqisiylə başlayacaq. Günün interaktiv sorğusu isə belədir: “Güzəştə getməyi bacarırsınızmı? Sizcə insan hansı hallarda güzəştə getməlidir?”
Poeziya həvəskarları Ramiz Rövşənin şeirlərini və sözlərinə yazılan mahnıları dinləyə bilərlər.



Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir: