Departamentlər:
 
 

“Yeni gün” informasiya və musiqi proqramı
Həftədə 6 gün saat 7:00

Hər səhər efirə çıxan bu proqram ötən günün ən mühüm hadisələri haqqında xəbərlər çatdırır, həmçinin dinləyicilərə sosial-iqtisadi xəbərlər, günün təqvimi, yeni gündə gözlənilən hadisələr barədə məlumatlar verir, dünya şəhərləri, xalqlar, ənənələr haqda sujetlər təqdim olunur. Günün sualı ətrafında interaktiv müzakirələr aparılır. Tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyat-incəsənət xadimləri, elm adamları proqrama dəvət olunur. Veriliş şux mahnılar, əyləncəli musiqi nömrələri ilə müşayiət olunur.
Proqram saat 7-dən 10-dək yayımlanır.

Daimi rubrikalar:

  • “Xalqlar, şəhərlər, ənənələr”
  • “Yadigar səslər, xatirə söhbətlər”
  • “Cümə səhəri”
  • “Azərbaycan əcnəbilərin gözü ilə”
  • “Məşhurların həyatından”
  • “Söz xəzinəmizin inciləri”
  • “Könlüm keçir Qarabağdan”
  • “Türk dünyasından soraqlar” və s.

 

 

09 mart 2010

Profilaktika.

“İşgüzar zaman” – 16.10 – 18.00

Aparıcı: Sevinc Cəfərova.

Verilişin bu günkü buraxılışında dinləyicilərə iqtisadiyyat və mədəniyyət xəbərləri, musiqi yarışması və hava proqnozu təqdim ediləcək.“Dünya xalqlarının ən çox bəyəndiyiniz və bəyənmədiyiniz adət - ənənələri?” interaktiv sorğusu dinləyicilərlə müzakirə ediləcək.

“Yol boyu” – 18.10- 20.00

Aparıcı: Kazım Bağırov.

Əsasən yolda olan dinləyicilər üçün nəzərdə tutulan bu veriliş boyu paytaxt yollarındakı tıxaclar haqqında məlumatlar çatdırılacaq. Bu verilişi dinləməklə sürücülər tıxaclardan yaxa qurtara və vaxtlarına qənaət edə bilərlər. Interaktiv sorğumuz isə belədir “Avtomobilinizin şüşəsinə qara pərdə çəkilməsinə necə baxırsınız?” Yoldakıların arzu və istəkləriylə mahnılar da səslənəck.

“Günün sonu”- 20.20 - 24.00

Aparıcılar: Dilqəm, Qorxmaz Tofiqoğlu.

Saat iyirmi dördədək davam edən bu proqram ən - ənə üzrə aşıq musiqisiylə başlayacaq. Günün interaktiv sorğusu belədir ”Övladlarınızın hansı peşə sahibi olmasını istərdiniz, onların peşə seçiminə müdaxilə edirsuzmi?” Poeziya həvəskarları Almas İldırımın şeirlərini və sözlərinə yazılan mahnıları dinləyəcəklər.




Hazırda İctimai radioda 4 departament fəaliyyət göstərir:

 

 

 



© 2007 - İctimai Televiziya və Radio Yayımları Şirkəti / İctimai Radio - 90 FM

http://www.radio.itv.az
E-Məktub: radio@itv.az
Webmaster: admin@itv.az